Kosovalı azarkeşlər Türkiyə milli futbol komandasının qaldığı otelin qarşısında pirotexniki qurğular partladıblar.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, oyun öncəsi kosovalı azarkeşlər Türkiyə millisinin otelinin qarşısında fişəng partladaraq təşvişə səbəb olublar.
Otelin ətrafında təhlükəsizlik tədbirlərinin alınmaması da diqqət çəkib. Hadisə ilə bağlı polis qüvvələri hadisə yerinə göndərilib.
Həmin görüntüləri Kosovada olan türkiyəli yutuber Tolqa Öztürk paylaşıb.