Həbsdə olan Madurodan aylar sonra ilk mesaj

13:40 - 06 Aprel 2026

Həbsdə olan Madurodan aylar sonra ilk mesaj

Həbsdə olan Venesuela Prezidenti Nikolas Maduro Pasxa bayramı münasibətilə bir mesaj yayıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Maduro mesajında venesuellalılara birlik çağırışı edib.

Maduro Amerika mərkəzli "X" şirkətinin sosial media platformasında hesabından Pasxa bayramı münasibətilə mesaj göndərib.

Venesuellalılara birlik və həmrəylik çağırışı edən Maduro bunları qeyd edib:

"Venesuelanın əziz xalqı, vətənimizin bacıları və qardaşları, dünya xalqları. Bu Diriliş bazar günü (Pasxa) Cilia (həyat yoldaşı Cilia Flores) və mən sevgi, sülh və ümid dolu bir mesaj paylaşmaq istəyirik. Bu müqəddəs həftə bizə çox dərin bir həqiqəti xatırladır: Əzab olmadan diriliş olmaz. Əvvəlcə çarmıx, ağrı və təslimiyyət gəlir, amma ondan sonra yeni bir həyat başlayır".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az