David və Victoria Beckhamın evliliyi oğulları Brooklyn Beckham ilə aralarındakı getdikcə artan münaqişə səbəbindən böyük sınaqdan keçir.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu böhran cütlüyü on illərlə davam edən birlikdən sonra münasibətlərini sorğulamağa məcbur edib.
1999-cu ildə evlənən və dörd övladı olan (Brooklyn, 27; Romeo, 23; Cruz, 21 və Harper Beckham, 14) 50 yaşındakı David və 51 yaşındakı Victoria özlərini ictimaiyyətə yansıyan bir ailə münaqişəsinin mərkəzində tapıblar.
Məşhur cütlüyün evliliyi David Beckhamın İspaniyaya transfer olduğu ilk illərdə xəyanətlə sarsılmışdı. O dövrdə asistanlıq edən bir qadınla münasibətinin olduğu iddia edilən ulduz futbolçu bunu inkar etsə də, cütlüyün evliliyi çətin bir sınaqdan keçmişdi.
Victoria Beckham bu hadisədən illər sonra həmin günlərin həyatının ən çətin günləri olduğunu iddia edəcək, lakin əri ilə ayrılmayıb və illər ərzində onun ən böyük dəstəkçisi olacaq. Bu xəyanət qalmaqalının belə yıxa bilmədiyi evlilik, indi cütlüyü övladlarının davranışları səbəbindən ayrılma nöqtəsinə gətirə bilər...
Bu gərginlik cütlüyün ilk övladı Brooklynin "Instagram"da valideynlərini tənqid etdiyi və 2022-ci ildə 31 yaşlı Nicola Peltz ilə etdiyi toyla bağlı şikayətlərini ətraflı şəkildə izah edən uzun bir açıqlama yaymasının ardından meydana çıxmışdı.
İddialar arasında Victorianın cütlüyün ilk rəqsini pozduğu, son anda Nicolanın gəlinliyini dizayn etməkdən imtina etdiyi və valideynlərinin öz həyatını tamamilə nəzarət altına almağa çalışdığı da yer alıb.
Ailənin yaxınları olan mənbələr bildirir: "Vəziyyət David Beckham və Victorianın münasibətlərinin tamamilə qırılma nöqtəsinə gəldiyini hiss etdikləri bir nöqtəyə qədər gərginləşdi. Bu, onları heç vaxt təsəvvür etmədikləri evlilikləri ilə bağlı suallar ilə üzləşməyə məcbur edir".