ABŞ və İsrailin birgə hücumlarında ağır yaralandığı iddia edilən İran dini lideri Müctəba Xameneiyə aid diqqətçəkən görüntülər yayımlanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İran mətbuatına yansıyan görüntülərdə Xameneinin hərbi əməliyyat otağına daxil olduğu anlar qeyd edilib və otaqda yer alan ekranda İsrailin Dimona nüvə obyektinin xəritəsinin olduğu görünür.
Otaqdakı yüksək rütbəli İran hərbi rəsmiləri Xamenei içəri daxil olanda birlikdə ayağa qalxırlar. Otaqda yer alan rəqəmsal ekranda isə İsrailin Dimona nüvə reaktorunun geniş bir vizualı ilə koordinatları göstərilən xəritə yer alır.
Qeyd edək ki, İsrail 20 martda İranın Natanz nüvə obyektini hava hücumu ilə vurmuş, İran isə bunun cavabı olaraq İsrailin Dimona nüvə obyektini raketlərlə hədəf almışdı. Obyektin yerləşdiyi bölgəyə bir raket düşmüş, lakin obyektə dəymiş zərər barədə heç bir açıqlama verilməmişdi.