İsrail Xarici İşlər Nazirliyi İstanbuldakı İsrail Baş konsulluğu yaxınlığında baş vermiş hadisə ilə bağlı rəsmi bəyanat yayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, nazirlik İstanbulda yerləşən İsrailin Baş konsulluğu yaxınlığında baş vermiş hücumu pisləyib. Açıqlamada bildirilib:
“Bu gün İstanbulda İsrail konsulluğuna qarşı törədilmiş terror hücumunu qətiyyətlə pisləyirik. Türkiyə təhlükəsizlik qüvvələrinin hücumun qarşısını almaq üçün sürətli müdaxiləsini yüksək dəyərləndiririk.”
Bəyanatda həmçinin iddia olunub ki, dünyanın müxtəlif ölkələrində İsrail diplomatik nümayəndəlikləri hücumlara məruz qalır: “Terror bizi çəkindirməyəcək”.