Ağ Ev ABŞ Prezidenti Donald Tramp və Vitse-prezident Vancein açıqlamalarının ardından gündəmə gələn “İranda nüvə silahı istifadə olunacaq” iddialarını rədd edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Ağ Ev ABŞ mərkəzli "X" şirkətinin sosial media platformasında “Rapid Response 47” adlı hesabı vasitəsilə Tramp və Vancein ifadələrindən sonra ortaya çıxan nüvə silahı iddialarına münasibət bildirib.
Açıqlamada bildirilir ki, Vitse-prezident Vance Macarıstanda verdiyi “Tramp İrana qarşı bütün variantları əlində saxlayır” mənalı açıqlaması, bəzi xəbər platformaları tərəfindən “ABŞ İranda nüvə silahı istifadə edə bilər” başlığı ilə təqdim olunub və Ağ Ev həmin yanlış başlığa etirazını bildirib.