İraqda fəaliyyət göstərən şiə silahlı qruplaşması Ketaib Hizbullah qaçırdıqları ABŞ vətəndaşı jurnalist Shelly Kittlesonu dərhal ölkəni tərk etməsi şərti ilə azad etdiklərini açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Ketaib Hizbullahın təhlükəsizlik məsulusu Ebu Mücahid el-Assaf ABŞ mərkəzli X şirkətinin sosial media platformasında yaydığı açıqlamada bildirib: “Milli mövqelərinə hörmət göstərərək və vəzifəsi başa çatmış baş naziri nəzərə alaraq ABŞ vətəndaşı (Shelly Kittleson) dərhal ölkəni tərk etməsi şərti ilə azad edilməlidir".
El-Assaf həmçinin qeyd edib ki, bu addım (azad etmə) bir daha təkrarlanmayacaq.
Qeyd edək ki, ABŞ vətəndaşı jurnalist Kittleson 31 mart tarixində Bağdadda qaçırılmışdı.