Türkiyənin paytaxtı Ankarada sevgilisini öldürən şəxs intihar edib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Keçiören rayonunda 28 yaşlı H.D. sevgilisi 19 yaşlı Ş.Z.-ni silahla öldürdükdən sonra intihar edib.
Aralarında yaranan mübahisə davaya çevrildikdən sonra H.B. sevgilisini güllələyərək öldürüb. Daha sonra eyni silahla özünü də öldürüb.
Məlumatdan sonra hadisə yerinə təcili yardım və polis qrupları göndərilib.
Tibbi qruplar Ş.Z. və H.B.-nin hadisə yerində öldüyünü müəyyən ediblər.
Hadisə ilə bağlı polis araşdırması davam edir.