ABŞ və İran arasında əldə olunan 2 həftəlik atəşkəsdən sonra Hörmüz Boğazından ilk gəmilər keçib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, gəmi izləmə şirkəti "MarineTraffic"in məlumatlarına görə, ABŞ və İran arasında varılan iki həftəlik atəşkəs razılaşmasından sonra Hörmüz Boğazında ilk hərəkətlər müşahidə edilməyə başlanıb.
Liberya bayraqlı "Daytona Beach" adlı yük gəmisi saat 08:28-də İranın Bender Abbas limanından ayrıldıqdan sonra 09:59-da boğazı keçib. Hazırda Oman Körfəzində olan gəminin varış nöqtəsi olaraq Birləşmiş Ərəb Əmirliklərinin Füceyrə limanı göstərilir.
Yunanıstan sahibkarına aid olan "NJ Earth" adlı yük gəmisi isə saat 11:44-də Hörmüz Boğazını keçib.