Trampın "qara siyahı"sı açıqlandı - Bu 3 ölkədə hədəfdədir

18:35 - 09 Aprel 2026

Trampın \"qara siyahı\"sı açıqlandı - Bu 3 ölkədə hədəfdədir

ABŞ Prezidenti Donald Tramp administrasiyasının İran müharibəsi zamanı kifayət qədər dəstək vermədiyini düşündüyü bəzi NATO müttəfiqlərinə qarşı addımlar hazırladığı iddia olunur.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Almaniya, İspaniya və Fransa kimi Avropa ölkələri bu plan çərçivəsində nəzərdən keçirilən dövlətlər sırasındadır.

ABŞ mətbuatında yayılan xəbərlərə əsasən, Vaşinqton administrasiyası İran müharibəsinə dəstək verməyən NATO ölkələrində yerləşən Amerika hərbi qüvvələrinin geri çəkilərək daha çox dəstək göstərən ölkələrə yönləndirilməsi variantını qiymətləndirir.

Qeyd olunur ki, bu addım NATO-dan tam çıxmaq variantı ilə müqayisədə daha məhdud xarakter daşıyır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az