Çində güclü yanğın - Ölən və yaralananlar var

11:30 - 12 May 2026

Çində güclü yanğın - Ölən və yaralananlar var

Çində mənzildə güclü yanğın baş verib. 


Manset.az xarici mediaya istinadən xəbər verir ki, yanğında 5 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Yanğın Hengyang şəhərinin Yanfeng rayonunda  yerli vaxtla saat 03:00 radələrində baş verib. 

Hadisə yerinə gələn təcili yardım və yanğınsöndürmə briqadalarının əməliyyatları nəticəsində xəsarət alan şəxslər binadan çıxarılaraq xəstəxanaya çatdırılıb və müalicəyə götürülüblər.

Rəsmi qurumlar yanğının səbəbini müəyyənləşdirmək məqsədilə genişmiqyaslı araşdırma başladıldığını açıqlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az