Türkiyəli tanınmış müğənni Yusuf Güney azad edilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, narkotik maddələrin istifadəsini təşviq etdiyi iddiası ilə həbs olunan müğənni Yusuf Güney ev həbsi şərti ilə azad edilib.
Qeyd edək ki, Yusuf Güney rəqəmsal platformada yayımlanan bir proqramın qonağı olduqdan sonra, içərisində qadağan olunmuş maddə olan Ayahuasca çayı haqqında təşviqedici açıqlamalar vermiş və bundan sonra həbs edilmişdi.