Türkiyədə skuterdən yıxılan orta yaşlı kişi 15 gün sonra dünyasını dəyişib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Avcılar ərazisində skuter idarə edən Avcılar Bələdiyyəsi Park və Bağlar İdarəsində işçi olan 39 yaşlı Aydın Yaldız idarəetməni itirərək yerə yıxılıb və başını beton səthə çırparaq ağır xəsarət almışdı.
29 aprel çərşənbə günü saat 17:30 radələrində Ambarlı Meydanı yaxınlığında baş verən qəzadan sonra Yaldız xəstəxanaya çatdırılıb və 15 gün ərzində reanimasiyada müalicə almasına baxmayaraq həyatını itirib.