İngiltərə Baş naziri Keir Starmer hökumətinə yönəlmiş istefa çağırışları davam edərkən uzun müddətdir gözlənilən müdafiə investisiya planını gələn həftə açıqlayacaq.
Manset.az-ın "The Telegraph" qəzetinə istinadən məlumatına görə, çətin bir dövrdən keçən Starmer sarsılan liderliyini gücləndirmək üçün müdafiə xərclərində böyük və cəsarətli təklif təqdim edəcək.
Müdafiə xərclərinin artırılması, Baş nazirin qarşı addımının əsas hissəsini təşkil edəcək. Ordunun hazırkı vəziyyətinə dair tənqidlərdən sonra Starmer hökumətinin xərcləmə hədəflərinə necə çatacağını açıqlamaq üçün təzyiq altında idi. Keçən ildən bəri Müdafiə Nazirliyi ilə Maliyyə Nazirliyi arasındakı anlaşmazlıqlar səbəbindən ertələnən plan bu addımla həyata keçiriləcək.