ABŞ Prezidenti Donald Tramp yenidən mübahisələr doğuracaq bir paylaşım edib.
Manset.az xarici mediaya istinadən xəbər verir kİ, Tramp yanvar ayında həyata keçirdiyi əməliyyatla hökumətini dəyişdirdiyi Venezuelayı ABŞ-nin 51-ci ştatı kimi göstərən bir paylaşım yayımlayıb. Ağ Evin X hesabı da həmin paylaşımı təkrar paylaşıb.
Venezuela ilə bağlı paylaşımından bir neçə dəqiqə sonra yenidən paylaşım edən Tramp, “Səni istəyirəm” ifadəsi ilə ölkəyə işarə edib.