ABŞ Dövlət Katibi Marco Rubionun Pekin səfərində seçdiyi geyim beynəlxalq diqqət çəkib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Rubio Venezuela lideri Nicolas Maduronun ABŞ əməliyyatı ilə qaçırıldığı vaxt geyindiyi eyni idman kostyumunu seçməsi ilə sosial mediada və diplomatik dairələrdə müzakirələrə səbəb olub.
Görüntülər qısa müddətdə yayılıb və xüsusilə Çin və Latın Amerikası mərkəzli platformalarda geniş müzakirələr doğurub. Diplomatik çevrələr Rubionun bu seçimini “simvolik mesaj” kimi qiymətləndiriblər.