MV Hondius gəmisində hantavirus iddiaları ilə bağlı tənqidlərin hədəfi olan türkiyəli yutuber Ruhi Çenet test nəticələrinin neqativ olduğunu açıqlayıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbuldakı toy mərasiminə qatıldığı zaman gəmidəki riskdən xəbərsiz olduğunu bildirən R.Çenet karantin müddətinin davam etdiyini qeyd edib.
23 ölkədən 150-dən çox sərnişinin olduğu MV Hondius gəmisində baş verən ölüm hadisələrinin ardından diqqət gəmidə olan şəxslərə yönəlmişdi. Sənədli film çəkilişi üçün səfərdə iştirak edən Ruhi Çenetin səfərin 24-cü günündə gəmidən ayrıldığı bildirilib.
Çenet Türkiyəyə döndükdən sonra İstanbuldakı toy mərasiminə qatıldığı üçün sosial mediada paylaşdığı fotolar tənqid olunmuşdu. Tənqidlərə cavab olaraq Ruhi Çenet Səhiyyə Nazirliyi tərəfindən edilən qan, sidik və tüpürcək testlərinin neqativ nəticələndiyini bildirib.