Dünya növbəti virusla çalxalanır - 1700 nəfər karantinə götürüldü

15:53 - 13 May 2026

Dünya növbəti virusla çalxalanır - 1700 nəfər karantinə götürüldü

Fransanın Bordeaux limanında dayanan Ambassador Cruise Line şirkətinə aid Ambition adlı kruiz gəmisində norovirus yayılması səbəbindən 1700-dən çox sərnişin karantinə götürülüb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, bir sərnişinin norovirusdan həyatını itirdiyi bildirilib.

Gəmidəki sərnişinlər arasında ürəkbulanma, qusma və ishal kimi şikayətlər müşahidə olunub və tibbi heyət dərhal tədbir görüb. İlk araşdırmalara görə, xəstəlik hallarının norovirusdan qaynaqlandığı ehtimal edilir. Qəti səbəbin müəyyənləşdirilməsi üçün laborator analizləri davam edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az