"İranda beynəlxalq internet bərpa olunacaq"

21:35 - 13 May 2026

\"İranda beynəlxalq internet bərpa olunacaq\"

İranın Prezident ofisindən bildirilib ki, ölkədə beynəlxalq internet bərpa olunacaq.


Manset.az xəbər verir ki, bu barədə məlumat Prezident ofisinə istinadən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Telegram" kanalında yayılıb.

"Məhdudiyyətlər müharibə dövrünün təhlükəsizlik mülahizələri ilə bağlıdır", - məlumatda bildirilib və əlavə olunub ki, hökumət beynəlxalq internet məhdudiyyətlərini daimi etmək niyyətində deyil.

Qeyd edilib ki, tətbiq edilən məhdudiyyətlər texniki, təhlükəsizlik və hərbi təhlükəsizliklə şərtlənir:

"Bir çox ictimai xidmətlər kimi, internetə çıxış vətəndaşların təbii hüququdur və hökumət əhalini bundan məhrum etmək niyyətində deyil, lakin xüsusi və fövqəladə şəraitdə ölkənin təhlükəsizlik məsələsi bir çox digər sahələrdən prioritet təşkil edir".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az