İranın Prezidentinin Birinci Müavini Hörmüz Boğazındakı hüquqlarının dəqiqləşdiyini elan edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İran Prezidentinin Birinci Müavini Məhəmməd Rza Arif ölkəsinin strateji əhəmiyyətli Hörmüz Boğazındakı hüquqlarının tam şəkildə müəyyənləşdiyini açıqlayıb. Arif öz ölkəsini “qlobal supergüc” olaraq xarakterizə edərək yeni dövrə dair diqqətçəkən bəyanatlar verib.
İran Prezidentinin Birinci Müavini Məhəmməd Rza Arif bildirib ki, ölkəsinin Hörmüz Boğazındakı “hüquqları müəyyənləşib və məsələ bağlanıb”.
O, Hörmüz Boğazının İranın milli təhlükəsizliyi və inkişafında strateji rolunu vurğulayaraq deyib: “İran İslam Respublikası Ramazan müharibəsindən sonra idarəçilikdə yeni mərhələyə qədəm qoyub və özünü bu şərtlərə hazırlamalıdır”.