Hindistanda güclü yağış və fırtına itkilərə səbəb olub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Hindistanın Uttar Pradeş ştatında baş verən güclü yağışlar və fırtına nəticəsində 33 nəfər həyatını itirib. Ştatın bir çox bölgəsini əhatə edən şiddətli yağışlar və güclü külək elektrik xətlərinin kəsilməsinə və nəqliyyatda problemlərin yaranmasına səbəb olub.
Məlumata görə, pis hava şəraiti nəticəsində elektrik dirəkləri və ağaclar aşıb, çox sayda ev və avtomobilə ziyan dəyib.