İsrail Müdafiə naziri "Barcelona" ulduzunu tənqid edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İsrailin müdafiə naziri Yisrael Katz çempionluq mərasimlərində Fələstin bayrağı qaldıran Barcelonanın gənc oyunçusu Lamine Yamalı hədəf alıb.
Katz ABŞ-nin sosial media platformasında verdiyi açıqlamada Yamalın hərəkətini tənqid edərək onun İsrailə qarşı nifrəti alovlandırdığını iddia edib.
Nazir həmçinin "Barcelona" klubuna çağırış edərək, bu cür təşviqi dəstəkləməyin yersiz olduğuna dair açıqlamanın verilməsini gözlədiklərini bildirib.