Kolumbiyada silahlı hücum - Ölən və yaralananlar var

16:36 - 14 May 2026

Kolumbiyada silahlı hücum - Ölən və yaralananlar var

Kolumbiyada təhlükəsizlik qüvvələrinə qarşı silahlı hücum həyata keçirilib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hücumda 4 hərbçi həlak olub, 3 hərbçi yaralanıb. Hücum Guaviare bölgəsinə bağlı Buenos Aires kəndi yaxınlığında əməliyyat aparan ordu bölmələrinə qarşı həyata keçirilib.

Yaralı hərbçilər helikopterlə xəstəxanaya çatdırılıb. Ordu hadisəyə sabiq Kolumbiya İnqilab Silahlı Qüvvələri (FARC) qarşıtı Calarca qrupunu cavabdeh tutub. Bölgəyə əlavə qüvvələr göndərilib və əməliyyatların davam etdiyi bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az