Türkiyənin Çorum vilayətinin Sunqurlu rayonunda qasırğa nəticəsində evlərə ziyan dəyib, 5 nəfər yaralanıb.
Manset.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.
Qeyd olunub ki, hadisə yerinə xilasedicilər, təcili tibbi yardım, polis əməkdaşları cəlb olunub:
"İlkin məlumata görə, bəzi evlərin dam örtüklərinin uçduğu, ağacların və elektrik dirəklərinin aşdığı müəyyən edilib",- məlumatda qeyd olunub.
Hazırda kəndlərdə dəyən ziyanın qiymətləndirilməsi və təmizlik işlərinə başlanılıb.