"Şi ilə bir çox məsələləri həll etdik" - TRAMP

10:36 - 15 May 2026

\"Şi ilə bir çox məsələləri həll etdik\" - TRAMP

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp 7,5 il sonra Çinə tarixi səfər edib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Tramp Pekindəki səfərinin ikinci və son günündə Çin Prezidenti Si Cinpin ilə görüşü barədə açıqlama verib.

Tramp bildirib ki, “Si ilə başqalarının həll edə bilmədiyi bir çox problemi həll etdik və Çinə qarşı möhtəşəm ticarət sazişləri imzaladıq”.

İran məsələsinə toxunan Tramp deyib: “İranla bağlı Si ilə oxşar düşünürük. Biz bu problemin necə həll olunmasını istədiyimiz barədə eyni fikirdəyik. İranın nüvə silahına sahib olmasını istəmirik və Hörmüz Boğazının açıq qalmasını arzulayırıq”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az