Ərdoğan Türk dünyasına ÇAĞIRIŞ ETDİ

16:12 - 15 May 2026

Ərdoğan Türk dünyasına ÇAĞIRIŞ ETDİ

Türkiyə Prezidenti Ərdoğan Türk dünyasını rəqəmsal birliyə çağırıb.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi zirvəsi Qazaxıstanın Türkistan şəhərində işə başlayıb. Zirvədə çıxış edən Rəcəb Tayyib Ərdoğan Türk dünyasının texnologiya və rəqəmsallaşma sahəsində əməkdaşlığına diqqət çəkib və İsmayıl Qaspralının tarixi şüarına istinad edərək “rəqəmsal vizyonda birlik” çağırışı edib.

Ərdoğan Türkistanın Hoca Əhməd Yəsəvinin şəhəri olduğunu xatırladaraq deyib:
“Bu qədim şəhər Orxon abidələrindən Divanu Lüqati’t-Türk-ə, Qutadqu Bilig-dən Dədə Qorqud-a qədər ortaq yaddaşımızın demək olar ki, canlı abidəsidir. Anadolu ərlərinin ilham aldığı Türkistan, keçmişlə gələcək arasında qurduğumuz sarsılmaz körpünün ən güclü dayaqlarından biridir”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az