Hindistanda şiddətli fırtına və yağış ölümlərə səbəb olub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Hindistanı əhatə edən güclü yağış və fırtına həyatın demək olar ki, dayanmasına səbəb olub. Hadisə nəticəsində ən azı 100 nəfər həlak olub, bir çox insan yaralanıb.
Fırtınada 87 ev ciddi zərər görüb, 114 baş iri və xırdabuynuzlu heyvan tələf olub. Hindistan Baş Naziri Narendra Modi hökumətinə hadisədən zərər çəkənlərə maliyyə yardımı göstərilməsi barədə göstəriş verib.