Ebola virusu yenidən aktivləşir - ÜST xəbərdarlıq etdi 

20:27 - 15 May 2026

Ebola virusu yenidən aktivləşir - ÜST xəbərdarlıq etdi 

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus ÜST-nın həftəlik mətbuat konfransında Konqo Demokratik Respublikasında (KDR) başlayan Ebola virusu yayılması ilə bağlı xəbərdarlıq edib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, mətbuat konfransında Konqo Demokratik Respublikasında qeydə alınan yeni Ebola yayılması da müzakirə olunub.

Tedros Adhanom Qebreyesus bildirib ki, ölkənin şimal-şərqində yerləşən İturi əyalətində aşkarlanan yayılma zamanı indiyədək 13 Ebola hadisəsi laboratoriya müayinələri ilə təsdiqlənib.

O, Konqo Demokratik Respublikasında 1976-cı ildən bu yana 17 dəfə Ebola yayılmasının baş verdiyini xatırladaraq qeyd edib ki, yoluxucu xəstəliklər insan sağlamlığı üçün davamlı təhlükə olaraq qalır.

DSÖ rəhbəri qlobal səhiyyə təhlükəsizliyinin gücləndirilməsi üçün beynəlxalq əməkdaşlıq və həmrəyliyin vacibliyini xüsusi vurğulayıb.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az