"Livan və İsrail arasında atəşkəs rejimi 45 gün uzadılıb"

23:00 - 15 May 2026

\"Livan və İsrail arasında atəşkəs rejimi 45 gün uzadılıb\"

Livan və İsrail arasında 16 apreldə tətbiq edilən atəşkəs rejimi 45 gün uzadılacaq.


Manset.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Tommi Piqott "X" sosial şəbəkəsində yazıb.

"ABŞ 14-15 may tarixlərində İsrail və Livan arasında iki günlük olduqca məhsuldar danışıqlara ev sahibliyi edib. 16 apreldə tətbiq edilən hərbi əməliyyatların dayandırılması gələcək irəliləyişi təmin etmək üçün 45 gün uzadılacaq. Dövlət Departamenti danışıqların siyasi xəttini 2 və 3 iyunda bərpa edəcək. Bundan əlavə, mayın 29-da Pentaqonda hər iki ölkənin hərbi nümayəndə heyətlərinin iştirakı ilə təhlükəsizlik xətti işə salınacaq", - o yazıb.

Dövlət Departamentinin nümayəndəsi bu müzakirələrin iki ölkə arasında möhkəm sülhün bərqərar olmasına, hər iki dövlətin suverenliyinin və ərazi bütövlüyünün tam tanınmasına, eləcə də onların ümumi sərhədi boyu əsl təhlükəsizliyin təmin edilməsinə kömək edəcəyinə ümidvar olduğunu bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az