Abbas Əraqçi viza problemi səbəbindən ABŞ-də keçiriləcək BMT toplantısında iştirak edə bilməyəcək.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin və danışıqlar heyətinin sözçüsü İsmayıl Bəqayi paytaxt Tehranda keçirdiyi həftəlik mətbuat konfransında gündəmdə olan məsələlərlə bağlı açıqlamalar verib.
Bəqayi Abbas Əraqçinin BMT Təhlükəsizlik Şurasının iclasında iştirak etmək üçün ABŞ-yə səfər edəcəyi barədə yayılan məlumatlara münasibət bildirərək deyib: “Səfər ABŞ vizası ilə bağlı yaranmış problem səbəbindən ləğv olunub və Əraqçi ABŞ-yə getməyəcək”.