Marko Rubio İran ilə mümkün razılaşmaya dair layihə üzrə irəliləyiş əldə olunduğunu, gün ərzində bu məsələ ilə bağlı yeni məlumatların yayıla biləcəyini bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Marko Rubio Subrahmanyam Caişankar ilə Yeni Dehlidə keçirdiyi görüşdən sonra birgə mətbuat konfransında çıxış edib.
O, İran və Hörmüz boğazı ilə bağlı günün sonrakı saatlarında yeni xəbərlərin yayıla biləcəyini qeyd edərək, məsələ ilə bağlı açıqlamaların Donald Tramp tərəfindən veriləcəyini deyib.
Marko Rubio İranla razılığa gəlmək istiqamətində “ciddi irəliləyiş” əldə edildiyini vurğulasa da, yekun nəticənin hələ formalaşmadığını bildirib.
O qeyd edib: “Yekun məqsədin İranın nüvə silahına sahib olmamasını təmin etmək olduğunu xatırlatmaq istəyirəm”.
Nazir həmçinin bildirib ki, son 48 saat ərzində Körfəz bölgəsindəki tərəfdaşlarla Hörmüz boğazının tam açıq saxlanılması və keçid haqqının tətbiq edilməməsini nəzərdə tutan layihə üzrə irəliləyiş əldə olunub.