Rusiya ingilis nazirə sui-qəsd hazırlayıb? - İDDİA

12:02 - 26 May 2026

Rusiya ingilis nazirə sui-qəsd hazırlayıb? - İDDİA

John Healeyni daşıyan Kral Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin Estoniyadan qayıdarkən elektron müdaxiləyə məruz qaldığı iddia olunub.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, təyyarənin naviqasiya sistemlərində nasazlıq yarandığı bildirilərkən Britaniya mətbuatı hadisənin arxasında Rusiyanın dayana biləcəyini irəli sürüb.


The Times qəzetinin yaydığı məlumata görə, Con Hiliyi daşıyan təyyarə Estoniyadan havaya qalxdıqdan qısa müddət sonra elektron hücuma məruz qalıb.


Rusiya sərhədinə yaxın ərazidə uçan təyyarənin GPS sistemlərinin təxminən üç saat davam edən uçuş boyunca fəaliyyət göstərmədiyi qeyd olunub. Sərnişinlərin internet bağlantısını itirdiyi, pilotların isə alternativ naviqasiya sistemlərindən istifadə edərək uçuşu davam etdirdiyi bildirilib.


Britaniya müdafiə mənbələri hücumun arxasında Rusiyanın dayandığını iddia edib. Bildirilib ki, buna bənzər hadisələr daha əvvəl də qeydə alınıb. Ötən ilin sentyabrında Margarita Roblesni daşıyan təyyarənin də Rusiya sərhədi yaxınlığında eyni tip nasazlıqla üzləşdiyi vurğulanıb.


Həmçinin Ursula von der Leyenin təyyarəsinin Bolqarıstana səfəri zamanı oxşar vəziyyətlə qarşılaşdığı qeyd edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az