Belçikanın Şərqi Flandriya əyalətində sərnişin qatarı ilə məktəb servisi toqquşub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, qəza nəticəsində 2-si uşaq olmaqla 4 nəfər həyatını itirib.
Məlumata görə, qəza Şərqi Flandriyanın Buggenhout bölgəsində yerli vaxtla səhər saat 08:08-də baş verib.
Məktəb servisində 7-si uşaq olmaqla ümumilikdə 9 nəfərin olduğu bildirilib. Qəza baş verdikdən sonra qatardakı təxminən 100 sərnişinin təxliyə edildiyi qeyd olunub.