Əfqanıstanda yük maşını aşdı - 18 nəfər öldü 

14:59 - 30 May 2026

Əfqanıstanda yük maşını aşdı - 18 nəfər öldü 

Əfqanıstanın şərqində Pakistan sərhədindən qayıdan əfqan qaçqınlarını daşıyan yük maşınının aşması nəticəsində azı 18 nəfər ölüb, 35 nəfər yaralanıb. Ölənlər arasında 10 uşaq və 5 qadın olduğu bildirilir.


Manset.az xəbər verir ki, bu barəd Reuters məlumat yayıb.

Məlumata görə, hadisə Ləğman vilayətində, Kabil ilə Nəngərharı birləşdirən əsas magistral yolda baş verib. Vilayət qubernatorunun sözçüsü Əbdül Malik Niazai bildirib ki, yaralılar dərhal Nəngərhar xəstəxanalarına yerləşdirilib.

Qəza zamanı maşında olan sərnişinlər son aylarda Pakistandan geri dönən minlərlə əfqan qaçqınlarının bir hissəsi olub. Pakistan 2023-cü ildən etibarən sənədsiz miqrantlara qarşı sərt tədbirlər görərək bir çoxlarını ölkədən çıxarıb. İran da eyni dövrdə əfqan miqrantların deportasiyasını artırıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az