Ərdoğandan "Bakı Enerji Həftəsi"nə MESAJ

13:36 - 01 İyun 2026

Ərdoğandan \"Bakı Enerji Həftəsi\"nə MESAJ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Azərbaycan birgə təşəbbüsü ilə Suriyaya başlanmış qaz tədarükünün ölkənin inkişafına və bölgədə təhlükəsizliyə verdiyi töhfələrin danılmaz olduğunu bildirib.



Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan mesajını Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar vasitəsilə Bakı Enerji Həftəsinin açılışında çatdırıb.


Bölgədə baş verən hadisələrin Azərbaycanla enerji sahəsində atılan addımların nə qədər düzgün olduğunu bir daha göstərdiyini vurğulayan Prezident qeyd edib ki, Azərbaycanla birgə bir zamanlar “xəyal layihə” hesab edilən bir çox mega layihəni uğurla reallaşdırıblar.


Ərdoğan “Bakı-Tiflis-Ceyhan”, “Bakı-Tiflis-Ərzurum” və TANAP kimi layihələrə toxunaraq, “Azeri-Çıra1-Günəşli” və “Şahdəniz” birgə əməkdaşlığı vasitəsilə Azərbaycanla strateji əməkdaşlığın daha da dərinləşdiyini vurğulayıb.


Prezident əlavə edib ki, Türkiyə ilə Azərbaycanın “Şafak-Asiman” layihəsi bu əməkdaşlığın fasiləsiz davam etdiyinin yeni sübutudur:


“Keçən il istifadəyə verilən “İğdır-Naxçıvan boru xətti” Naxçıvan bölgəsinin enerji təminatını gücləndirib. Türkiyə-Azərbaycan arasındakı elektrik bağlantıları bizim üçün strateji əhəmiyyətini qoruyub saxlayır. İnşallah, Türkiyə, Azərbaycan, Gürcüstan və Bolqarıstan arasında “Yaşıl Elektrik İletimi və Ticarəti” layihəsinin reallaşdırılması ilə bütün bölgəmizin enerji təhlükəsizliyinə də töhfə verməyi arzulayırıq”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az