Cənubi Kipr Prezidenti Nikos Christodoulides Qazaxıstana rəsmi səfər edəcək.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu səfər Rum tərəfi tarixində bir prezidentin Qazaxıstana həyata keçirəcəyi ilk rəsmi səfər olacaq. Səfər çərçivəsində Christodoulides böyükelçilik açılışında və birbaşa uçuşların başlanması mərasimində iştirak edəcək.
Rum tərəfinin hökumət sözçüsü bildirib ki, səfər çərçivəsində Christodoulides Qazax həmkarı ilə görüşəcək, Güney Kıbrıs Rum Yönetimi–Qazaxıstan İş Forumunda çıxış edəcək və Astana şəhərində Rum tərəfinin böyükelçiliyinin rəsmi açılışını həyata keçirəcək.
Prezident və nümayəndə heyəti 2 iyun 2026-cı il Çərşənbə axşamı günü iki ölkəni birləşdirən ilk birbaşa uçuşla Qazaxıstana yola düşəcək.