İranda zəlzələ baş verdi

22:16 - 01 İyun 2026

İranda zəlzələ baş verdi

İranın Oşnəviyyə bölgəsində 3,7 bal gücündə zəlzələ baş verib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, yeraltı təkanların episentri Türkiyənin Hakkari vilayətindən 36,03 kilometr məsafədə yerləşib.

Bildirilib ki, zəlzələ İranın şimal-qərbində, Türkiyə–İran sərhədinə yaxın ərazidə qeydə alınıb. Yeraltı təkanlar yerli vaxtla saat 15:35-də baş verib.

Rəsmi məlumatda zəlzələnin ocağının 7 kilometr dərinlikdə yerləşdiyi qeyd olunub. Hadisə ilə bağlı hər hansı dağıntı və ya tələfat barədə məlumat verilməyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az