Ata və oğul arasında əlbəyaxa dava - Xəsarət alanlar var

23:00 - 01 İyun 2026

Ata və oğul arasında əlbəyaxa dava - Xəsarət alanlar var

Türkiyənin Bolu şəhərində ata ilə onun 17 yaşlı oğlu arasında baş verən mübahisə dava ilə nəticələnib.



Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində hər iki şəxs xəsarət alaraq xəstəxanaya yerləşdirilib.


Hadisə axşam saatlarında Koroğlu məhəlləsinin Yağmur küçəsində qeydə alınıb. Məlumata görə, evdə ata ilə yeniyetmə oğlu arasında hələlik səbəbi açıqlanmayan mübahisə yaranıb.


Qısa müddət ərzində gərginləşən mübahisə qarşılıqlı fiziki qarşıdurmaya çevrilib. Mənzildə başlayan dava daha sonra küçədə davam edib. Ətrafdakı sakinlərin müdaxiləsi nəticəsində tərəflər ayrılıb. Qarşıdurma zamanı ata və oğlu müxtəlif bədən xəsarətləri alıblar.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az