İran ABŞ-nin “Tramp suiqastı planlayan iranlı agent” iddiasını rədd etdi
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəkayi ABŞ Dövlət Katibi Marko Rubionun bir iranlının ABŞ Prezidenti Donald Trampa sui-qəsd planladığı barədə irəli sürdüyü iddiaları rədd edib.
İranın ABŞ ilə müharibə zamanı Minab və Lamerd şəhərlərində mülki şəxslərə qarşı həyata keçirilən hücumları xatırladan Bəkayi qeyd edib:
"Qurban rolunu oynamaq, İran xalqına qarşı törətdiyiniz dəhşətli müharibə cinayətlərini və insanlığa qarşı cinayətlərinizi təmizləyə bilməz. Hər bir ittiham etiraf deməkdir".