Türkiyənin Kahramanmaraş vilayətində zəlzələ baş verib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 4,4 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə AFAD məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar yerin təxminən 12 kilometr dərinliyində baş verib. Zəlzələ yerli vaxtla saat 13:12-də qeydə alınıb.
Hadisə nəticəsində hər hansı dağıntı və ya digər mənfi hal barədə məlumat daxil olmayıb.