Qorxulu virus digər ölkələr də yayılmağa başladı 

15:08 - 03 İyun 2026

Qorxulu virus digər ölkələr də yayılmağa başladı 

Afrikada Ebola virusu ilə bağlı vəziyyət yenidən ciddi narahatlıq yaradıb.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, Demokratik Kongo Respublikası və Uqandada qeydə alınan hallarla əlaqədar Dünya Səhiyyə Təşkilatı vəziyyəti yaxından izləyir, yerli səhiyyə orqanları isə virusun yayılma riskinə görə xəbərdarlıqlar edir.


Təşkilatın son məlumatına görə, Demokratik Kongo Respublikasında 321 təsdiqlənmiş Ebola halı, əlavə olaraq 116 şübhəli hadisə araşdırılır. Uqandada isə 15 təsdiqlənmiş hal qeydə alınıb.


Beləliklə, iki ölkədə ümumi təsdiqlənmiş hal sayı 336-ya çatıb. Səhiyyə mütəxəssisləri xüsusilə sərhəd bölgələrində insan axınının virusun yayılma riskini artırdığını vurğulayır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az