Məşhur jurnalist vəfat etdi - FOTO

15:15 - 03 İyun 2026

Məşhur jurnalist vəfat etdi - FOTO

66 yaşlı türkiyəli jurnalist və televiziya aparıcısı Reha Muhtar dünyasını dəyişib.



Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, bir müddət əvvəl ürək çatışmazlığı səbəbindən Bodrumdakı xüsusi xəstəxanaya yerləşdirilmişdi və orada vəfat edib.


Məlumata görə, 28 may 2026-cı ildə xəstəxanaya gətirilən Reha Muhtar tibbi müayinədə irəliləyən ürək çatışmazlığı, ritm pozğunluğu, infeksiya və nəzarətsiz şəkər xəstəliyinə bağlı metabolik pozğunluq aşkar edilib.


Xəstə ümumi reanimasiya şöbəsində müalicə alarkən çoxsaylı orqan çatışmazlığı inkişaf edib və bütün tibbi müdaxilələrə baxmayaraq 3 iyun 2026-cı il saat 02:15-də vəfat edib. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az