Fransada ağır yüklü yük maşınının iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, sükan arxasında yuxuya gedən sürücü idarəetməni itirib və hərəkətdə olan nəqliyyat vasitələrinə çırpılıb. Yük maşını əvvəlcə polis avtomobilinə, daha sonra isə ümumilikdə 22 digər nəqliyyat vasitəsinə dəyib.
Qəza nəticəsində 37 nəfər yaralanaraq xəstəxanaya çatdırılıb. Yaralananlar arasında uşaqların olmadığı bildirilir.
Polisin apardığı araşdırma zamanı sürücünün alkoqol testinin mənfi nəticə verdiyi müəyyən olunub.
İlkin məlumata əsasən, hadisənin sürücünün sükan arxasında yuxuya getməsi səbəbindən baş verdiyi və qəsdən törədilmədiyi qeyd olunur.
Faktla bağlı istintaq davam edir.