Seçkilərin nəticələrinə görə hakim "Vətəndaş müqaviləsi" partiyası parlament çoxluğunu təşkil edəcək və hökuməti formalaşdıracaq.
Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə ölkənin fəaliyyətdə olan Baş naziri Nikol Paşinyan parlamentdə bildirib.
"Yaxın aylarda bu mövzunu müzakirə etmək imkanı olacaq", - o deyib.
Ermənistanın Mərkəzi Seçki Komissiyasının məlumatına görə, "Vətəndaş müqaviləsi" partiyası 49,81 % (727 160) səs toplayıb.