Ərdoğan Delcy Rodriguez ilə görüş keçirdi 

19:30 - 08 İyun 2026

Ərdoğan Delcy Rodriguez ilə görüş keçirdi 

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan İstanbulda Venesuela vitse-prezidenti Delcy Rodriguez ilə görüş keçirib. 



Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, görüş Prezident Administrasiyasının Dolmabağça İş Ofisində baş tutub. Tərəflər ikitərəfli münasibətlər və qarşılıqlı əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar. 


Təxminən bir saat davam edən görüşdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub. Görüşün təfərrüatları ilə bağlı əlavə məlumat açıqlanmayıb.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az