Serbiya Prezidenti Aleksandar Vuçiç yaxın vaxtlarda istefa verməyi planlaşdırdığını və baş nazir vəzifəsinə namizəd olmağı nəzərdən keçirdiyini açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Serbiyada prezident kimi ikinci səlahiyyət müddəti gələn ilin may ayında başa çatacaq Vuçiç Konstitusiyanın tələbinə əsasən üçüncü dəfə prezidentliyə namizəd ola bilmədiyi üçün siyasi fəaliyyətini baş nazir kimi davam etdirmək niyyətində olduğuna işarə edib.
Vuçiç verdiyi müsahibədə baş nazirliyə namizəd olub-olmayacağı ilə bağlı suala cavab olaraq bildirib:
“Baş nazirliyə namizəd olmağı düşünürəm. Bu axşam mühüm toplantım var və siyahının necə formalaşdırılacağını da müzakirə edəcəyik. Siyahıda çoxlu sayda gənc, enerjili insanlara və tələbələrə yer veriləcək”.