logo
logo logo
logo

Netanyahu Trampın dəvətilə Vaşinqtona səfər edəcək

19:33 - 24 İyul 2026

Netanyahu Trampın dəvətilə Vaşinqtona səfər edəcək

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın dəvəti ilə iyulun 27-də Vaşinqtona səfər edəcək.


Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə İsrailin Baş nazirinin dəftərxanasından bildirilib.

Məlumata görə, B.Netanyahu iyulun 28-də Ağ Evdə Trampla görüşəcək.

Qeyd edək ki, daha əvvəl B.Netanyahunun ABŞ-yə səfərinin iyulun sonuna keçirildiyi bildirilmişdi. Buna səbəb B.Netanyahunun da iştirak etməli olduğu ABŞ senatoru Lindsi Qremin anım mərasiminin ayın sonuna təxirə salınması idi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az