İranın Tasnim Xəbər Agentliyi ABŞ Prezidenti Donald Trampın İranla bağlı süni intellekt vasitəsilə hazırlanmış paylaşımlarından sonra ABŞ-nin birinci xanımı Melaniya Trampı hədəf alan təhdid xarakterli video yayımlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, “Melaniya harada öldürüləcək?” başlıqlı videoda birinci xanımın alış-veriş etdiyi dəbdəbəli mağazalar, müraciət etdiyi gözəllik mütəxəssisləri və hərəkət marşrutları ilə bağlı məlumatlara yer verilib.
Videoda, həmçinin sinir-iflicedici qaz vasitəsilə geyimlərin zəhərlənməsi və Melaniya Trampın yaxın ətrafındakı şəxslərə pul təklif edilməsi kimi sui-qəsd ssenarilərindən bəhs olunur.
Bundan əlavə, videonun sonunda Donald Trampın 20 yaşlı oğlu Barron Trampa ünvanlanan “Barron Tramp, bizi gözlə” ifadəsi də yer alıb.