logo
logo logo
logo

Rusiya Ukraynanı raket və PUA-larla vurdu - 8 ölü

13:05 - 30 İyul 2026

Rusiya Ukraynanı raket və PUA-larla vurdu - 8 ölü

Rusiyanın Ukraynaya raket və PUA hücumu nəticəsində səkkiz nəfər həlak olub


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın Ukraynaya gecə saatlarında həyata keçirdiyi raket və pilotsuz uçuş aparatı (PUA) hücumu nəticəsində, iki oğlan və bir qız da daxil olmaqla, azı səkkiz nəfər ölüb.

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Rusiya ölkəyə 70-dən çox raket və 280-dən çox PUA ilə zərbə endirib. Onun sözlərinə görə, ən ağır hücum Krivoy Roq yaxınlığında baş verib, yaşayış evləri və mülki infrastruktur ciddi ziyan görüb.

Krivoy Roq yaxınlığındakı Raduşne kəndində ballistik raketin yaşayış evinə düşməsi nəticəsində ölənlər arasında altı yaşlı qız, 11 və 17 yaşlı iki oğlan da var. Hücum zamanı daha səkkiz nəfər yaralanıb.

Kiyevdə bir nəfər ölüb, üç qeyri-yaşayış binasında yanğın baş verib. Poltavada da bir nəfərin öldüyü açıqlanıb. Lvovda isə yaşayış binaları zədələnib, xəsarət alanların və dağıntılar altında qalanların olduğu bildirilib.

Ukrayna Xarici İşlər Nazirliyi hücum zamanı Rusiyaya məxsus qanadlı raketin Polşa hava məkanını pozduğunu açıqlayıb. Polşa rəsmiləri isə aşkar edilən kraterlə bağlı araşdırmaların davam etdiyini bildiriblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az