2026-cı ildə dünyada müşahidə olunan rekord istilər minlərlə insanın həyatına son qoyub.
Manset.az xəbər verir ki, dünya üzrə yekun statistika hələ açıqlanmasa da, Avropada yayımlanan son məlumatlar istilə bağlı ölüm hallarının kəskin artdığını göstərir.
Almaniyada 2026-cı ilin əvvəlindən bəri təxminən 9 min 800 nəfərin həddindən artıq istilə bağlı səbəblərdən öldüyü bildirilib. Böyük Britaniyada isə may və iyun aylarında qeydə alınan istilər nəticəsində 2 min 877 nəfərin həyatını itirdiyi təxmin edilir.
Fransa, Niderland və Belçikada iyun ayındakı isti dalğası zamanı ilkin hesablamalara görə 3 min 700-dən çox əlavə ölüm qeydə alınıb. Sonradan açıqlanan məlumatlarda yalnız Fransada iyunun ortalarından iyulun əvvəlinədək 5 min 764 əlavə ölüm qeydə alındığı bildirilib.
Reuters-in yaydığı məlumata əsasən, Avropada iyunun sonlarında baş verən rekord istilər zamanı 10 mindən çox əlavə ölüm qeydə alınıb. Ölənlərin böyük əksəriyyəti 65 yaşdan yuxarı şəxslər olub.